Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri aparılır
Daxili siyasət
- 14 yanvar, 2021
- 06:00

20 yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qurumları tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri görülür, ağacların budaqları budanıb, qazon örtüyü yenilənib, yeni güllər əkilib, işıq dirəkləri rənglənib, səkilər və bütün ərazi yuyulub.
Bu barədə "Report"a BŞİH-in Mətbuat Xidmətindən məlumat verilib.
Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
Son xəbərlər
12:44
Sabah arabir yağış yağacaq - PROQNOZ
Ekologiya12:44
Qazaxıstan Prezidenti Prezident İlham Əliyevin ikitərəfli münasibətlərin inkişafına töhfəsini qeyd edib
Xarici siyasət12:42
Cəlilabadda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib
ASK12:38
Prezident Tokayev: Azərbaycan Qazaxıstan üçün müstəsna ölkə, qardaş dövlətdir
Xarici siyasət12:36
Tokayev: İlham Əliyevin Qazaxıstana səfəri strateji tərəfdaşlığın inkişafı üçün çox böyük əhəmiyyətə malikdir
Xarici siyasət12:35
Foto
"Azexport"un köməyi ilə nar, xurma, sitrus məhsulları Belarusa ixrac edilib
Biznes12:33
Komitə sədri: Din xadimlərinin xitab kürsüsü yalnız minbərlər olmamalıdır
Din12:32
Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının tədbirində təmsil olunub
İnfrastruktur12:30