Komitə sədri: Din xadimlərinin xitab kürsüsü yalnız minbərlər olmamalıdır

Din
  • 21 oktyabr, 2025
  • 12:33
Komitə sədri: Din xadimlərinin xitab kürsüsü yalnız minbərlər olmamalıdır

İndi din xadimlərinin xitab kürsüsü yalnız minbərlər olmamalıdır.

"Report"un Qərb bürosu xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Gəncədə keçirilən "İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu" mövzusunda regional konfransdakı çıxışında Komitənin sədri Ramin Məmmədov deyib.

Komitə sədri qeyd edib ki, müasir dövrdə cəmiyyətlə daim ünsiyyətdə olan, sosial prosesləri bilən, gənclərlə dialoq qurmağı bacaran, rəqəmsal platformalarda sağlam dini dəyərləri təbliğ edən maarifçi ruhani obrazına ehtiyac duyulur:

"İndi din xadimlərinin xitab kürsüsü yalnız minbərlər olmamalıdır. Media, sosial şəbəkə, təhsil və digər platformalar icma müstəvisində də təsir sahibi olmaq üçün yeni imkanlar təqdim edir.

Bu baxımdan, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bölgələrdə keçirilən görüşlər, təlimlər və konfransların məqsədi din xadimlərində müasir yanaşma və sosial məsuliyyət təfəkkürünü aşılamağa dəstək olmaq, eyni zamanda, onların qayğılarını öyrənməkdir".

Son xəbərlər

Bütün Xəbər Lenti