Şəhid atası: Oğlumun nəşini 33 il gözlədim, indi hamı mənə "gözün aydın" deyir

Daxili siyasət
  • 29 oktyabr, 2025
  • 10:38
Şəhid atası: Oğlumun nəşini 33 il gözlədim, indi hamı mənə gözün aydın deyir

Şəhid atası Sultan Abbasov 33 ildir oğlu barəsində xəbər gözlədiyini deyib.

S. Abbasov "Report"a açıqlamasında bildirib ki, uzun müddətdən sonra oğlunun nəşi tapılıb və indi hamı ona "gözün aydın" deyir.

O bildirib ki, 33 ildir Rəfaeldən hər gün bir xəbər gözləyib:

"Bu qədər müddətdə xüsusi xəbər də yox idi. Onun şəhid olması vəziyyəti ilə barışmışdıq. Bundan sonra artıq ziyarət edəcəyimiz məkan var. 33 ildən sonra bizim üçün sevincli gündür ki, oğlumun nəşi tapılıb. Ali Baş Komandanımız İlham Əliyev sağ olsun, Ordumuzu Allah qorusun".

Qeyd edək ki, bu gün itkin-şəhid Rəfael Abbasovla vida mərasimi keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti