Rusiya Prezidenti AZAL təyyarəsinin qəzası haqqında: Bizim borcumuz baş verənlərə obyektiv qiymət verməkdir - ƏLAVƏ EDİLİB
- 09 oktyabr, 2025
- 16:36

Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir.
"Report" xəbər verir ki, o, bunu Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu, müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər də vaxta ehtiyac var", - deyə Prezident Putin əlavə edib.
Putin söz verib ki, hadisə ilə əlaqədar bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək.
"Biz Sizinlə bu mövzunu sonradan müzakirə etdik. Şübhəsiz ki, belə hallarda, bu cür faciəli vəziyyətlərdə tələb olunduğu kimi, Rusiya tərəfindən kompensasiya üzrə hər şey ediləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək. Əlbəttə, bu faciə ilə bağlı ailələrin dəstəklənməsinə, onlara mənəvi dəstək verilməsinə yönəlmiş bütün sözlər belə hallarda əsas problemi həll etmir – faciə nəticəsində həlak olmuş insanları həyata qaytarmaq mümkün deyil", - Rusiya Prezidenti vurğulayıb.