Qırmızı Bazar sakini: İki qardaşımın şəhid olduğu torpaqlara qürurla qayıdırıq

Daxili siyasət
  • 19 noyabr, 2025
  • 16:49
Qırmızı Bazar sakini: İki qardaşımın şəhid olduğu torpaqlara qürurla qayıdırıq

Xocavəndin Qırmızı Bazar qəsəbəsinə qayıdan Məhrubə Dadaşova iki qardaşının şəhid olduğu torpaqlara qürurla qayıtdıqlarını deyib.

O, "Report"un Xocavəndə ezam olunan əməkdaşına açıqlamasında qeyd edib ki, işğal dövründə doğma yurda qayıtmaq ümidlərini heç vaxt itirmədilər:

"Bu torpaqların uğrunda iki qardaşım şəhid olub. Böyük çətinliklərdən keçsək də, yurd yeri boş qalmır, biz yenə öz doğma ocağımıza döndük. Çəkdiyimiz ağır günlər arxada qaldı. Bu gün qardaşlarımın və bütün şəhidlərimizin ruhu şaddır".

Son xəbərlər

Bütün Xəbər Lenti