FIFA Malayziya Futbol Assosiasiyası ilə bağlı araşdırmalara başlayacaq

Futbol
  • 19 noyabr, 2025
  • 18:04
FIFA Malayziya Futbol Assosiasiyası ilə bağlı araşdırmalara başlayacaq

FIFA Malayziya Futbol Assosiasiyası ilə bağlı araşdırmalara başlayacaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, buna səbəb Malayziya millisinin 7 futbolçusunun sənədlərinin saxta olması ilə bağlı iddialardır.

İddialara görə, 2027-ci ildə keçiriləcək Asiya Kubokunun seçmə mərhələsində Vyetnama qarşı oyunda Malayziya millisinin bəzi futbolçuları meydana çıxmaq üçün saxta sənədlərdən istifadə ediblər.

Bundan sonra futbolçular futboldan 12 aylıq zaqlaşdırılıblar. 7 oyunçunun hər birinin iştirak etdiyi matçda Malayziya millisi Vyetnamı 4:0 hesabı ilə məğlub edib.

Son xəbərlər

Bütün Xəbər Lenti