Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Teymur Allahverdiyev dəfn edilib – YENİLƏNİB

Daxili siyasət
  • 31 oktyabr, 2025
  • 13:29
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Teymur Allahverdiyev dəfn edilib – YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Teymur Allahverdiyev dəfn edilib.

"Report"un Aran bürosu xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Qaçaqkənd kənd qəbiristanlığında torpağa tapşırılıb.

Neftçala rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Teymur Allahverdiyevlə vida mərasimi keçirilib.

"Report"un Aran bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Neftçala rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Teymur Qüdrət oğlu Allahverdiyev 1967-ci il iyulun 14-də Neftçalanın Qaçaqkənd kəndində anadan olub. 1992-ci il mayın 8-də Şuşada gedən döyüşlər zamanı itkin düşüb.

T.Allahverdiyev doğulduğu kənddə dəfn ediləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti