Macarıstanın baş naziri Azərbaycan Prezidentini təbrik edib
Daxili siyasət
- 12 aprel, 2018
- 09:52
Bakı. 12 aprel. REPORT.AZ/ Aprelin 12-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Viktor Orban İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.
Son xəbərlər
05:21
Livan ordusu Beyrutun mərkəzinə nəzarəti bərpa edib
Region05:11
DÇ-2026: İspaniyanın Uruqvayla matçda üstünlüyü davam edir - YENİLƏNİR-3
Futbol05:10
DÇ-2026: Kabo Verde - Səudiyyə Ərəbistanı oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Futbol04:47
Dünya çempionu Peti bütün medallarını itirib
Futbol04:16
Qrem Arnold: "İraq yığmasının dünya çempionatına vəsiqə qazanması möcüzə idi"
Futbol04:16
Texasda rançodan qaçan zürafə iki həftədir tapılmır
Maraqlı03:54
Pap Tyav: "Seneqal millisinin taleyi öz əlində deyil"
Futbol03:41
ABŞ təyyarəsi İrana zərbələrdən sonra Fars körfəzində patrul xidməti həyata keçirir
Region03:41