Keçmiş məcburi köçkün: Kaş şəhid qardaşım da qayıdıb kəndimizdə yaşayardı

Daxili siyasət
  • 27 noyabr, 2025
  • 06:39
Keçmiş məcburi köçkün: Kaş şəhid qardaşım da qayıdıb kəndimizdə yaşayardı

Kaş şəhid qardaşım da mənim kimi kəndimizə qayıdıb orada yaşayardı.

"Report" xəbər verir ki, bunu Cəbrayılın Horovlu kəndinə qayıdan keçmiş məcbur köçkün Rəsmiyyə Kəlbəliyeva deyib.

O, qeyd edib ki, yurda qayıtmağına həm sevinir, həm də şəhid qardaşını yada salaraqı kədərlənir:

"Şəhid bacısı kimi kəndimizə qayıtmağımıza həm sevinirəm, həm də kədərlənirəm. Çünki qardaşım bu torpaqlar uğrunda canını fəda edib. Kaş qardaşım da mənim kimi bu torpaqda yaşayardı. Bu sevinci bizimlə bölüşərdi. Təəssüf ki, bu olmadı.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Bu gün torpaqlarımıza qayıdırıq".

Qeyd edək ki, bu gün Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti