İnam Kərimov: Bütün dünya ədalət mühakiməsi ilə bağlı birgə çalışmağa məcburdur
- 12 oktyabr, 2025
- 17:41

Müstəqilliyin bərpasından sonra Azərbaycan öz məhkəmə sistemini ədalət və qanunçuluq prinsipləri əsasında qurmağa başladı.
"Report" xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iclasında deyib.
"Bu il həm Konstitusiyamızın 30 illiyi, həm də ölkə ərazimizin bərpasının 5 illiyi ilə bağlıdır. Bütün dünya ədalət mühakiməsi ilə bağlı birgə çalışmağa məcburdur. Əməkdaşlıq qlobal məhkəmə sisteminin əsasını təşkil etməlidir", - Ali Məhkəmənin sədri vurğulayıb.
İ. Kərimov gənc hakimlər nəslinin formalaşdırılmasının önəmindən bəhs edib.
"Biz öz təcrübələrini onlara aşılamalıyıq. Azərbaycanda məhkəmə hakimiyyəti müstəqildir. Bu hər zaman belə də davam edəcək. Azərbaycan hakimləri olaraq Beynəlxalq Hakimlər Assosiasiyasına hər zaman dəstək verəcəyik", - İnam Kərimov bildirib.