İlham Əliyev: Azərbaycan antisemitizmin, etnik-dini dözümsüzlüyün olmadığı nadir məkanlardan biridir

Daxili siyasət
  • 19 sentyabr, 2025
  • 17:37
İlham Əliyev: Azərbaycan antisemitizmin, etnik-dini dözümsüzlüyün olmadığı nadir məkanlardan biridir
İlham Əliyev

Müasir dünyada Azərbaycan antisemitizmin, ksenofobiya və etnik-dini dözümsüzlüyün mövcud olmadığı nadir məkanlardan biridir.

"Report"un məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Azərbaycanın yəhudi icmasına yəhudi xalqının yeni il bayramı – Roş ha-Şana münasibətilə təbrikində deyilir.

Dövlət başçısı qeyd edib ki, mədəni müxtəlifliyin qorunub saxlanılması, etnik azlıqların dil və mədəniyyətinin inkişafı, multikultural dəyərlərin təşviqi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir:

"Yəhudiəsilli vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə layiqli töhfələr verirlər".

Son xəbərlər

Bütün Xəbər Lenti