İcma sədri: Azərbaycanda əski əlifba ilə yazılan ədəbiyyatla tanış olan az sayda ziyalı var
- 03 oktyabr, 2025
- 15:57

Bu gün Azərbaycanda əski əlifba ilə 1918-20-ci illərin ədəbiyyatı və mətbuatı ilə tanış olan çox az sayda ziyalı tapmaq mümkündür.
"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli "Azərbaycan" qəzetində Qərbi Azərbaycan mövzusu" (sentyabr 1918 - oktyabr 1919) adlı kitabın təqdimat mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda əlifbanın tez-tez dəyişdirilməsi millətin ən böyük faciələrindən biridir:
"Qarşıda duran vəzifələrdən biri də məhz əski əlifba ilə olan yazıları ortaya çıxarıb təhlil etməkdir. Bu nəşri vərəqləyəndə 1918-20-ci illərdəki təzə-təzə püxtələşən mətbuatın o dövrün həqiqətlərini 1988-92-ci illərdə Azərbaycanda nəşr edilən dövlət mətbuatından daha çox diqqət yetirdiyinə şahid oldum. Hələ o dövrdə mətbuat tam azad olmadığından inkişaf da ləng idi. Amma bu gün inkişaf edirik və istər əski yazı ilə olan yazıları, istərsə də Qərbi Azərbaycan həqiqətlərini ortaya çıxarmağa gücümüz çatır. Ermənilərin yüz ildə nəşr etdiyi təbliğat materiallarını beş ilə ərsəyə gətirməliyik".