Ədalət Həsənov: Bəzən kütləvi məzarlıqda tapılan şəxsin qalıqlarının bir hissəsi başqa kütləvi məzarlıqdan aşkarlanır

Daxili siyasət
  • 09 oktyabr, 2025
  • 16:45
Ədalət Həsənov: Bəzən kütləvi məzarlıqda tapılan şəxsin qalıqlarının bir hissəsi başqa kütləvi məzarlıqdan aşkarlanır

Bəzən kanalizasiya sularının axıdıldığı yerlərə bilərəkdən yandırılmış şəxslərin qalıqları basdırılır, bu da onların şəxsiyyətinin müəyyənləşdirilməsini çətinləşdirir.

"Report" xəbər verir ki, bunu Məhkəmə-Tibbi ekspertiza və patoloji anatomiya bölməsinin direktoru Ədalət Həsənov

Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Əsas problemlər kütləvi məzarlıqlarla bağlıdır. Nə qədər qəribə səslənsə də, bəzən kütləvi məzarlıqda aşkarlanan bir şəxsin qalıqlarının bir hissəsi həmin məzarlıqdan kilometrlərlə aralıda yerləşdirilən başqa kütləvi məzarlıqda aşkarlanır. Bu, bəlkə, məzarlıqların bir yerdən başqa yerə daşınması, bəlkə də, başqa bir səbəbdən baş verib", - o əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti