Şəhidin doğma yurda qayıdan həyat yoldaşı: Bu gün özümlə böyük bir sevinc aparıram

Daxili siyasət
  • 17 dekabr, 2025
  • 06:37
Şəhidin doğma yurda qayıdan həyat yoldaşı: Bu gün özümlə böyük bir sevinc aparıram

Oğlum, gəlinim və nəvələrimlə illər sonra öz torpaqlarımıza qayıdırıq.

"Report" xəbər verir ki, bunu Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinə köç edən şəhid Əlvan Ağayevin həyat yoldaşı Nabat İsgəndərova jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, doğma torpaqlara böyük sevinc hissi ilə qayıdır:

"Oğlum, gəlinim və nəvələrimlə qayıdıram. Bu gün özümlə böyük bir sevinci aparıram. O vaxtı oradan çıxanda oğlumu qucağımda gətirmişdim, bu gün isə onun ailəsi ilə doğma yurda qayıdıram".

Son xəbərlər

Bütün Xəbər Lenti