Deputat: Ailənin möhkəmliyi qadınların sağlamlığından keçir

Daxili siyasət
  • 19 sentyabr, 2025
  • 16:19
Deputat: Ailənin möhkəmliyi qadınların sağlamlığından keçir
Müşfiq Məmmədli

Ailənin möhkəmliyi qadınların sağlamlığından keçir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Müşfiq Məmmədli komitənin bugünkü iclasında deyib.

O, bu istiqamətdə parlamentin Səhiyyə komitəsi və aidiyyəti qurumların iştirakı ilə dinləmənin keçirilməsini təklif edib:

"Analara və uşaqlara göstərilən tibbi yardımın keyfiyyəti və əlçatanlıq artır. Ana ölümlərinin qarşısının alınması üçün göstərilən tibbi yardımın keyfiyyətinin artırılması, doğuş-doğuşayardım müəssisələrində bu işin təşkilindəki yeniliklərlə bağlı dinləmənin keçirilməsi, məncə, aktualdır".

O vurğulayıb ki, Milli Məclisin Səhiyyə komitəsi ötən sessiyada bölgələrin birində səyyar iclas keçirib:

"Bu, çox yaxşı təcrübə oldu. Hesab edirəm ki, Ailə, qadın və uşaq məsələləri komitəsi də bu cür iclas keçirsə, məqsədəuyğun olar".

Son xəbərlər

Bütün Xəbər Lenti