BMTM rəhbəri: Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır

Daxili siyasət
  • 29 sentyabr, 2025
  • 11:09
BMTM rəhbəri: Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır
Fərid Şəfiyev

Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu kampaniya əvvəllər Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı idisə, indi Yaxın Şərqdəki proseslərlə əlaqədardır:

"Bu mənada, Yaxın Şərqdə gedən geosiyasi proseslərə müəyyən hazırlıqlar görülməlidir. Biz indi bu kimi məsələlər ətrafında da müzakirələr aparırıq".

F.Şəfiyev TDT-yə qarşı da müəyyən kampaniyaların aparıldığını vurğulayıb:

"Bəzi geosiyasi aktorlar TDT-nin inkişafını istəmirlər. Onlar müəyyən görüşlər çərçivəsində təşkilatın gündəliyinə zərər vurmağa cəhd edirlər".

Son xəbərlər

Bütün Xəbər Lenti