Bərbər və gözəllik salonlarında fəaliyyət necə təşkil olunacaq?
Daxili siyasət
- 16 iyun, 2021
- 14:40
Azərbaycanda bərbər və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq ediləcək.
"Report" xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dari metodiki göstərişlərdə öz əksini tapıb.
Sənədə əsasən, bərbər və gözəllik salonlarında işçilər iş proseslərindən əvvəl və sonra əllərini mütləq yumalıdırlar.
Digər tələblər belədir:
- İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;
- Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır;
- Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;
- Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipər, tibbi maska və əlcəkdən istifadəsi məcburidir;
- Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;
- Təmiz ağların və dəsmalların xüsusi qapalı dolablarda, istifadə olunmuşların isə ayrı (səbətdə, polietilen torba) saxlanması;
- Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya və sterilizasiya edilməlidir;
- Birdəfəlik istifadə üçün nəzərdə tutulan ülgüc, deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;
- Xidmət sahələrinin mütəmadi havalandırılması, dezinfeksiyaedici məhlulların tədbiqi ilə təmizlik işlərinin aparılması.
Son xəbərlər
15:57
Çin "Nexperia" ilə bağlı Aİ-nin Niderlanda təsirini artırmağa ümid edir
Digər ölkələr15:38
Azərbaycanın basketbol millisi Bakıda Türkiyə klubu ilə yoldaşlıq oyunu keçirib
Komanda15:37
Foto
NDU-nun müəllim və tələbələri Haçdağa zirvə yürüşü edib
Elm və təhsil15:28
Azərbaycanın daha bir cüdoçusu İslamiadada finala yüksəlib - YENİLƏNİB
Fərdi15:15
İran Pakistanla Əfqanıstanı barışdırmaq istəyir
Region14:38
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Region14:15
Foto
Azərbaycan ağırlıqqaldıranı Tehran Məmmədov İslamiadanı medalsız başa vurub
Fərdi14:06
Hakan Fidan sabah ABŞ-yə gedəcək
Region13:50
Foto