Aydın Kərimov: Şuşada yaxın 2 ay ərzində 3-cü yaşayış kompleksinin inşasına başlanılacaq

Daxili siyasət
  • 08 noyabr, 2025
  • 12:53
Aydın Kərimov: Şuşada yaxın 2 ay ərzində 3-cü yaşayış kompleksinin inşasına başlanılacaq

Şuşada yaxın 2 ay ərzində 3-cü yaşayış kompleksinin inşasına başlanılacaq.

"Report"un Şuşaya ezam edilən əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

O, 2026-cı ildə Şuşada həyata keçirilən bərpa-quruculuq işlərinin əhəmiyyətli hissəsinin yekunlaşacağını bildirib:

"Şəhərdə iki yaşayış kompleksində işlərə başlanılıb. Yaxın iki ay ərzində isə üçüncü yaşayış kompleksinin inşasına başlanılacaq. Şuşada təqribən 45 binadan ibarət geniş tikinti işləri həyata keçirilir. Həmin binalar 2026-cı ilin sonu, 2027-cı ilin əvvəlində mərhələli şəkildə istifadəyə veriləcək.

Eyni zamanda, yaxln müddətdə Sadıqcanın ev muzeyi, həmçinin daha altı tarixi abidənin bərpası üzrə işlər tamamlanacaq. Həmçinin şəhərin mərkəzi Qarabağ küçəsində inşa olunan binaların daxilində tamamlama işləri aparılır. Bu işlərin tamamlanması ilə şəhərdəki mehmanxana xidməti daha yüksək səviyyəyə çatdırılacaq".

Son xəbərlər

Bütün Xəbər Lenti