AHİK sədri: Hazırda Azərbaycanda 9342 kollektiv müqavilə və 123 sahə kollektiv sazişi qüvvədədir

Daxili siyasət
  • 16 dekabr, 2025
  • 14:30
AHİK sədri: Hazırda Azərbaycanda 9342 kollektiv müqavilə və 123 sahə kollektiv sazişi qüvvədədir

Hazırda Azərbaycanda 9342 kollektiv müqavilə və 123 sahə kollektiv sazişi qüvvədədir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov təşkilatın VIII Qurultayında hesabat çıxışında deyib.

Onun sözlərinə görə, əmək və sosial-iqtisadi hüquqların müdafiəsi ilə bağlı 2018-2024-cü illər ərzində ümumilikdə 45,9 min müraciətə baxılıb, onlardan 88,9 faizi müsbət həll edilib, 1000-dən artıq üzv işə bərpa olunub:

"Texnoloji avadanlıqların və əmək şəraitinin normativ hüquqi aktların tələblərinə uyğunluğuna dair 2705 müəssisədə monitorinqlər aparılıb. Nəticədə 7516 iş yeri sanitariya-gigiyena normalarına uyğunlaşdırılıb. Müdaxilələrimiz nəticəsində əlverişsiz əmək şəraitinə görə 28 min 280 halda işçilərə güzəşt tətbiq olunub, 169 min 435 nəfər norma tələblərinə uyğun fərdi mühafizə vasitələri ilə təmin edilib".

AHİK sədri həmçinin bildirib ki, Azərbaycanda əməyin mühafizəsinə dair 88 milli standart qəbul olunub:

"Bu standartlar hazırlanarkən konfederasiyamız öz təkliflərini verib və qəbul olunmasında yaxından iştirak edib".

Son xəbərlər

Bütün Xəbər Lenti