Növbəti köç karvanı Vəngli kəndinə çatıb, açarlar təqdim edilib – YENİLƏNİB-2
- 30 oktyabr, 2025
- 13:59
Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb, mənzillərin açarları təqdim edilib.
"Report"un Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, kəndə köçürülən ailələrə mənzillərin açarları təqdim olunub.
Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 85-ə (329 nəfər) çatıb.
Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb.
"Report"un Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Vəngli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələdə kəndə 9 ailə (38 nəfər) köçürülüb.
Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə kəndə 9 ailə (38 nəfər) köçürülür.
Kəndə köç edənlər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin sayı 85-ə (329 nəfər) çatacaq.