COP29-un Prezidenti: Azərbaycan 2040-cı ildə iqlim dayanıqlılığına uyğun ölkəyə çevriləcək

COP29
  • 01 oktyabr, 2025
  • 14:34
COP29-un Prezidenti: Azərbaycan 2040-cı ildə iqlim dayanıqlılığına uyğun ölkəyə çevriləcək

Azərbaycan 2040-cı ildə iqlim dayanıqlılığına uyğun ölkəyə çevriləcək.

"Report" xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan şəhər nəqliyyatının optimallaşdırılması ilə də iqlim dəyişikliyinə öz töhfəsini verməkdədir:

"Azərbaycanda metronun inkişafı, bu sahədə bir çox addımların atılması iqlimə müsbət təsirsiz ötüşməyəcək. Necə ki, elektrik mühərrikli avtobuslarla səmərəliliyi artırmışıq, bunu digər nəqliyyat vasitəsilərində də tətbiq edəcəyik.

20 il əvvəl Bakı şəhərində hərəkət edərkən 5-6 dəqiqə vaxt sərf edirdiksə, artıq yollarda bir saat vaxtımız gedir. Bu, xüsusilə, pik saatlara aiddir. Həmin saatlarda nəsə planlamaq, demək olar, mümkünsüzdür. Bu təkcə Bakıya deyil, əksər şəhərlərə də aiddir. Ona görə də nəqliyyatın düzgün təşkili şəhərlərin inkişafı üçün çox önəmlidir.

Son xəbərlər

Bütün Xəbər Lenti