COP29 komandası Afrika üçün iqlim fəaliyyətlərini müzakirə edib

COP29
  • 18 sentyabr, 2025
  • 12:11
COP29 komandası Afrika üçün iqlim fəaliyyətlərini müzakirə edib

COP29 sədrliyinin nümayəndələri İkinci Afrika İqlim Sammitində və İkinci İqlim Həftəsində iştirak edərək Əddis-Əbəbədə iqlim fəaliyyətləri və Afrikanın prioritetlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"COP29 sədrliyi komandası Əddis-Əbəbədə keçirilən İkinci İqlim Həftəsi və İkinci Afrika İqlim Sammitində fəal iştirak edib. Burada liderlərlə və tərəfdaşlarla əməkdaşlıq ediblər, iqlim ambisiyalarını həyata keçirmək və COP29 nəticəsində əldə edilmiş Afrikanın iqlim prioritetlərinə dəstək təmin etmək üçün çalışıblar", - məlumatda qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti