"Miras" İctimai Birliyinin sədri: Azərbaycanda qəbir daşları ilə bağlı monitorinqə ciddi ehtiyac var
- 06 sentyabr, 2025
- 12:42

Azərbaycanda qəbir daşları ilə bağlı monitorinqə ciddi ehtiyac var.
"Report" xəbər verir ki, bu fikirləri tarix elmləri üzrə fəlsəfə doktoru, "Miras" İctimai Birliyinin sədri Fariz Xəlili Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunda baş tutan toy və yas mərasimlərində israfçılıqdan çıxış yolunun tapılması üçün ictimai diskussiyada deyib.
Onun sözlərinə görə, qəbir daşlarının hazırlanması ilə bağlı konkret qayda var, lakin buna əməl edilmir.
"Mən hesab edirəm ki, bu istiqamətdə monitorinq və araşdırma qrupu yaradılmalıdır", - o əlavə edib.

Araşdırmaçı jurnalist Dilqəm Əhməd də, öz növbəsində, qəbir daşları ilə bağlı problemə diqqət çəkib:
"Təəssüf ki, bəhsə girmək, dəbdəbəyə qaçmaq amili qəbir daşlarının qoyulması məsələsinə də təsir edir. Qardaş Türkiyədə bununla bağlı standart var. Biz Türkiyə nümunəsinə baxmalı, nəticə çıxarmalıyıq".