"Zəyəm Texnologiyalar Parkı"nın nizamnamə kapitalı artırılacaq
Biznes
- 19 mart, 2021
- 08:09
Aprelin 30-da, saat 11:00-da "Zəyəm Texnologiyalar Parkı" ASC-nin (ZTP) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq Şəmkir rayonu, Zəyəm qəsəbəsi, Səməd Vurğun küçəsi, 24 ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması, bunun üçün yeni səhmlərin emissiya edilməsi, şirkətin nizamnaməsinə dəyişiklik olunması və digər məsələlər daxildir.
Xatırladaq ki, ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə isə onun adı indikinə dəyişdirilib. Hazırda onun nizamnamə kapitalı 305 246 manatdır.
Son xəbərlər
14:24
Ali Məhkəmənin sədri İnam Kərimov Vyetnamda səfərdə olub
Xarici siyasət14:19
"Araz-Naxçıvan"ın Portuqaliya klubu ilə cavab matçına təyinatlar açıqlanıb
Futbol14:18
Fon der Lyayen: Aİ Rusiyadan tam enerji müstəqilliyinin yeni səhifəsini açır
Energetika14:16
Foto
Azərbaycan Cənubi Koreya ilə maliyyə sektorunda texnoloji həllərin tətbiqini müzakirə edib
Maliyyə14:09
Azərbaycanda bir vəkilə xəbərdarlıq edilib, biri isə cərimələnib
Daxili siyasət14:08
"Əlçatan metro" layihəsindən son 3 ildə 4 000 sərnişin istifadə edib
İnfrastruktur14:00
Azərbaycana Yaxın Şərqdən turist axını 9 % artıb
Turizm13:58
Dövlət, kommersiya və vergi sirrini yayan işçilər tam həcmdə maddi məsuliyyət daşıyacaqlar
Milli Məclis13:50