Türk dövlətləri arasında daxili ticarətin payı 7 %-ə yüksəlib

Biznes
  • 14 sentyabr, 2025
  • 11:44
Türk dövlətləri arasında daxili ticarətin payı 7 %-ə yüksəlib

Türk dövlətləri arasında daxili ticarətin ümumi dövriyyədəki payı 3 %-dən 7 %-ə yüksəlib.

"Report"un Şuşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) rəsmisi Fərid Məmmədov, TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyevin müraciətini Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyasında səsləndirərkən bildirib.

Onun sözlərinə görə, türk dövlətlərinin iqtisadi potensialı sürətlə artır:

"2024-cü ildə ümumi ÜDM 2,1 trilyon ABŞ dollarını, ümumi ticarət dövriyyəsi isə 1,1 trilyon dolları ötüb. Ötən il üzv ölkələr arasında daxili ticarət 85 milyard dollar təşkil edib. Cəmi bir neçə il əvvəl daxili ticarətin ümumi dövriyyədəki payı 3 % idisə, hazırda bu göstərici 7 %-ə çatıb. Bu artım gələcək inteqrasiyanın təməlini qoyur."

F. Məmmədov həmçinin vurğulayıb ki, TDT iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün mühüm mexanizmlər yaradıb:

"Bunlar arasında 600 milyon dollarlıq Türk İnvestisiya Fondu, Türk Ticarət və Sənaye Palataları İttifaqı, Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi, eləcə də Xidmətlər və İnvestisiyalar üzrə Azad Ticarət Sazişi layihəsi xüsusi əhəmiyyət daşıyır."

Onun sözlərinə görə, bu addımlar türk dövlətləri arasında maliyyə inteqrasiyasını gücləndirəcək, yeni biznes imkanları yaradacaq və regionun iqtisadi dayanıqlığını artıracaq.

F. Məmmədov həmçinin qeyd edib ki, TDT iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün mühüm mexanizmlər yaradıb:

"Bunlar arasında 600 milyon dollarlıq Türk İnvestisiya Fondu, Türk Ticarət və Sənaye Palataları İttifaqı, Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi, eləcə də Xidmətlər və İnvestisiyalar üzrə Azad Ticarət Sazişi layihəsi xüsusi önəm daşıyır".

Onun sözlərinə görə, bu addımlar türk dövlətləri arasında maliyyə inteqrasiyasını gücləndirəcək, yeni biznes imkanları yaradacaq və regionun iqtisadi dayanıqlığını artıracaq.

Son xəbərlər

Bütün Xəbər Lenti