Nazir müavini: "Azərbaycan əsrlərdir körpülər ölkəsidir, indi isə rəqəmsal körpü yaradırıq"

İKT
  • 16 noyabr, 2025
  • 10:30
Nazir müavini: Azərbaycan əsrlərdir körpülər ölkəsidir, indi isə rəqəmsal körpü yaradırıq

Hazırda dünyada süni intellektdən yaxşı istifadə etmək üçün təcrübə ilə yanaşı yeni düşüncələrə ehtiyac duyulur.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən Qlobal Gənclər Günündə (GYC-25) bildirib.

Onun sözlərinə görə, bu gün sadəcə bir tədbirin deyil, bir hərəkatın başlanğıcıdır: "Sabah "Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı 2025" (WTDC-25) işinə başlayır. Biz əslində gələcəyin rəqəmsal dünyasını quracaq insanlarla başlamağı seçirik. WTDC-nin mövzusu universal, mənalı və əlçatan bağlantı, inklüziv və davamlı rəqəmsal gələcək ilə bağlıdır. Bu sadəcə bir dünya deyil. Bu, yalnız bu gələcəkdə yaşayacaq nəsil tərəfindən yerinə yetirilə bilən vəddir".

S. Əsədov qeyd edib ki, hazırda dünyada çətinlikləri, rəqəmsal uçurumu aradan qaldırmaq, şəbəkələri təmin etmək, süni intellektdən yaxşı istifadə etmək üçün təcrübə ilə yanaşı yeni düşüncələrə ehtiyac var: "Bu günün dialoqu bunu həyata keçirmək üçün bir yerdir. Azərbaycan hər zaman körpülər ölkəsi olub. Əsrlər boyu tarixi İpək Yolu Şərqi və Qərbi torpaqlarımız vasitəsilə birləşdiririb. Bu gün biz yeni növ İpək Yolu - rəqəmsal İpək Yolu qururuq. Rəqəmsal İpək Yolu layihəsi Xəzər dənizindən keçən fiber-optik kabellərlə Azərbaycan və qonşularımız vasitəsilə Şərq, Avropa arasında telekommunikasiya dəhlizi yaradır. Biz sadəcə əlaqə haqqında danışmırıq, biz onu qururuq".

Son xəbərlər

Bütün Xəbər Lenti