Şahin Bağırov: "Gömrük-biznes əməkdaşlığı qarşılıqlı dialoq mühitində güclənəcək"

Biznes
  • 08 dekabr, 2025
  • 10:40
Şahin Bağırov: Gömrük-biznes əməkdaşlığı qarşılıqlı dialoq mühitində güclənəcək

Gömrük-biznes əməkdaşlığının gücləndirilməsi yalnız qarşılıqlı dialoq və açıq kommunikasiya mühitində mümkündür.

"Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Bakıda keçirilən "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" tədbirində bildirib.

O qeyd edib ki, gömrük xidmətində davamlı təkmilləşdirmə işlərinin aparılması və çevik alətlərin tətbiqinin genişləndirilməsi, gömrük inzibatçılığının səmərəliliyinin artırılması üzrə həyata keçirilən fəaliyyətin əhatə dairəsinin mərkəzində məhz rəqabət mühitinin möhkəmlənməsi, xidmət keyfiyyətinin daha da yüksəlməsi dayanır: "Bu sahədə sahibkarlıq subyektlərinin fikirlərinin öyrənilməsi olduqca əhəmiyyət kəsb edir. Bu baxımdan təşkil edilən forumun platforması son yeniliklər barədə məlumat vermək, sahibkarların təkliflərini, gözləntilərini dinləmək, eləcə də qarşılıqlı müzakirələr aparılması üçün mühüm əhəmiyyət daşıyır".

Ş. Bağırovun sözlərinə görə, forum çərçivəsində aparılacaq müzakirələr Azərbaycanın ixrac potensialının artırılmasına, logistika və ticarət əməliyyatlarının sürətləndirilməsinə, yeni mexanizmlərin müəyyənləşdirilməsinə töhfə verəcək: "Əminik ki, gömrük prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılmasının davam etdirilməsi, daha mükəmməl və şəffaf sistemin qurulması istiqamətində atılan bütün addımlar sahibkarların rəqabət qabiliyyətinin yüksəlməsinə və Azərbaycanın regional ticarət mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti