Azərbaycanda keçmiş partiya sədri həbs olunub
Hadisə
- 24 oktyabr, 2025
- 19:16
Ləğv edilmiş Yüksəliş Partiyasının keçmiş sədri Anar Əsədli həbs olunub.
Bu barədə "Report"a onun vəkili Hikmət Əliyev məlumat verib.
O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə qərar qəbul edilib:
"Anar Əsədli barəsindəki cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında həbs edilib. Onun barəsində polis nəzarəti qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib".
Qeyd edək ki, A.Əsədli dələduzluqda ittiham olunur. O, 2022-ci ildə həbs edilsə də, daha sonra ev dustaqlığına buraxılmışdı və barəsində olan cinayət işinə xitam verilmişdi.
Bu il Baş Prokurorluq tərəfindən onun barəsində olan cinayət işi yenilənib.
Son xəbərlər
09:38
Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Energetika09:34
UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək
Futbol09:33
Fransanın cənub-qərbində güclü yanğın səbəbindən 12 min nəfər təxliyə edilib
Digər ölkələr09:30
Foto
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Energetika09:21
"Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası"nın zərəri kəskin artıb
Biznes09:14
Foto
Tarixi nailiyyət: "GL Group" ABŞ-də dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub
Energetika09:04
UEFA Avropa Liqası: "Qarabağ" bu gün Bakıda ÇSKA ilə qarşılaşacaq
Futbol09:04
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.07.2026)
Maliyyə09:02