Naxçıvanda daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı 14 % artıb

Biznes
  • 23 dekabr, 2025
  • 10:10
Naxçıvanda daşınmaz əmlakla bağlı elektron müraciətlərin sayı 14 % artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə hüquqi və fiziki şəxslərdən, həmçinin notariat ofislərindən 6 744 elektron müraciət daxil olub.

Bu barədə "Report"un yerli bürosuna Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 % çoxdur.

Bundan başqa, 11 ay ərzində Naxçıvanda 6 929 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 2 485-i əmlaka dair texniki pasport, 4 444-ü isə torpaq sahəsinə dair plan-ölçü sənədidir.

Hesabat dövründə əlavə olaraq 677 torpaq sahəsi, 136 fərdi yaşayış evi, 75 mənzil, 25 qeyri-yaşayış binası, 17 qeyri-yaşayış sahəsi və 2 əmlak kompleksi olmaqla, ümumilikdə 932 yeni daşınmaz əmlak obyektinə ünvan verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti