"MÜSİAD Azərbaycan"ın üzvləri 9 minə yaxın şəxsi işlə təmin edib

Biznes
  • 16 dekabr, 2025
  • 10:42
MÜSİAD Azərbaycanın üzvləri 9 minə yaxın şəxsi işlə təmin edib

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin ("MÜSİAD Azərbaycan") 100 üzvü 8,5 min şəxsi işlə təmin edib.

"Report" xəbər verir ki, bunu "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.

O xatırladıb ki, "MÜSİAD Azərbaycan" 2017-ci ildən aktiv fəaliyyət göstərir, onun 8 daimi komissiyası mövcuddur.

Bildirib ki, hazırda MÜSİAD-ın isə 84 ölkədə 14 000 üzvü ilə 60 min şirkəti birləşdirir: "Gənc MÜSİAD" adlı törəmə qurumun isə 40 ölkədə 4 minə yaxın üzvü var".

R.Cabirli əlavə edib ki, hazırda MÜSUAD-ın Qarabağda da fəaliyyəti var.

Son xəbərlər

Bütün Xəbər Lenti