İsveçrə səfiri: "Azərbaycanla iqtisadi münasibətlərin güclənməsi üçün böyük potensial var"

Biznes
  • 21 noyabr, 2025
  • 17:22
İsveçrə səfiri: Azərbaycanla iqtisadi münasibətlərin güclənməsi üçün böyük potensial var

İsveçrə ilə Azərbaycan arasında iqtisadi münasibətlərin güclənməsi üçün böyük potensial var.

"Report" Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bunu İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştəli agentliyinin icraçı direktoru Yusif Abdullayev ilə görüşdə bildirib.

T.Ştəli iki ölkə investisiya əməkdaşlığının gələcək perspektivlərini yüksək qiymətləndirib. Azərbaycan və İsveçrə şirkətləri arasında tərəfdaşlıq imkanlarının müəyyən edilməsi, qarşılıqlı səfərlərin təşkili və biznes əlaqələrinin genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin işğaldan azad olunmuş ərazilərə İsveçrə investisiyalarının cəlbi imkanları müzakirə edilib.

Görüş zamanı Y.Abdullayev agentliyin fəaliyyət istiqamətləri, Azərbaycan və İsveçrə arasında investisiya əməkdaşlığının hazırkı vəziyyəti və inkişaf dinamikası barədə məlumat verib. Bundan başqa, qarşı tərəfə bu ilin sentyabrında keçirilmiş I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun nəticələri barədə məlumat təqdim olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti