Gələn il Azərbaycan “Cip” istehsalına başlayacaq
Biznes
- 27 noyabr, 2020
- 08:01
2021-ci ilin mart ayından etibarən Azərbaycanda yolsuzluq avtomobillərinin (Cip) istehsalına başlanacaq.
Bunu “Report”a eksklüziv açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
E.Axundovun sözlərinə görə, artıq bununla bağlı bir sıra şirkətlərlə danışıqlar aparılır:
“Ölkəmizdə “Cip”lərə böyük tələbat var və bunu nəzərə alaraq mart ayından etibarən onların istehsalını planlaşdırırıq. Artıq bir sıra xarici avtomobil istehsalçıları ilə danışıqlara başlamışıq və ilkin razılıqlarımız var. Avtomobillərin Neftçala Avtomobil Zavodunda istehsalı nəzərdə tutulur. “Cip”lərin qiyməti komplektasiyadan asılı olaraq dəyişəcək”.
Xatırladaq ki, Neftçala Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsinin rezidentidir.
Son xəbərlər
09:15
Bakıda yaşayış binasında yanğın olub, ölən və zərərçəkənlər var - YENİLƏNİB-3
Hadisə09:13
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Energetika08:24
"FlyDubai"ın təyyarəsi Bakıya təcili eniş edib
İnfrastruktur06:17
ABŞ Rusiya və Çinə qabaqcıl çiplərin satışını qadağan etmək niyyətindədir
İKT05:53
KİV: Britaniya Rusiyanın 10,6 milyard dollarlıq aktivlərini Ukraynaya verməyə hazırdır
Digər ölkələr05:28
Laporta "Barselona"nın prezidenti postuna yenidən seçilməyəcək
Futbol05:05
Zelenski: Ukrayna hadisələrin istənilən inkişafına hazırdır
Digər ölkələr04:38
KİV: Donald Tramp miqrantlar üçün qaydaları sərtləşdirib
Digər ölkələr04:16