"Frette" "Life of Quality" 2025-ci il payız-qış kolleksiyasını təqdim edir

Biznes
  • 13 oktyabr, 2025
  • 10:49
Frette Life of Quality 2025-ci il payız-qış kolleksiyasını təqdim edir

Dünya tarixinə malik İtaliya brendi "Frette" mövsümü "Life of Quality" 2025-ci il payız-qış kolleksiyası ilə açır. Gözəl yaşamaq incəsənətinin zərif araşdırması olan bu kolleksiyada taktil hissiyyat və qavrama vurğulanır. Kolleksiya iki hissədə açılır: "City Sanctuary" və "Countryside Retreat". Onlardan hər biri evin ab-havasına dair öz nöqteyi-nəzərini təklif edir.

"City Sanctuary" Paris interyerlərindən ilhamlanıb: burada "yağışlı səma"nın yumşaq çaları, zərif fakturalı jakkard və kəşmiri parça vurğuları Parisdə xəfif bir səhər təəssüratı yaradır. Bu xətdə uzun lifli pambıqdan "Bold" yataq dəstləri, boz-mavi qammada ikitərəfli "Bold Bicolor", yundan dekorativ yastıqlar ("Luxury Wool Velvet" və "Adventure Cushion"), eləcə də xəfif kəşmiri sap unikal üsulu ilə hazırlanmış "Mouliné Blow Throw" adyalı təqdim olunub.

"Countryside Retreat" insanı təbii harmoniya və xoş ab-havanın hökm sürdüyü şəhərkənarı villa atmosferinə aparır. Kolleksiyanın palitrası zeytun yaşılı və bej kimi təbii çalarlar üzərində qurulub. Burada sakit rənglərdə "Bold" və "Bold Bicolor"u, "Adventure Cushion" və "Allure Neckroll" yastıqlarını, həmçinin ipək saçaqlı "Gipsy Throw" adyalını tapmaq olar. Tamamlayıcı ştrix olaraq, "Unito Bath Linens" – hər toxunuşda dərinin yumşaqlıq və rahatlıq hissiyyatına qərq olması üçün yaradılmış dəsmallar.

Kolleksiyanın hər bir predmeti ustaların gərgin əməyi nəticəsində ortaya çıxır: ən incə pambıq sapların seçimindən tutmuş kənarların tamamlanmasına qədər. Brendin ev üçün istifadə etdiyi parça və aksesuarlarda insan əlinin istisi və sənətə hörmət sezilir.

Avropanın 500-dən artıq kral ailəsi öz evlərinin bəzədilməsini "Frette"yə etibar edib. Brendin parçaları Vatikanın və əfsanəvi "Orient Express" qatarının interyerlərini bəzəyib. Hazırda "Frette"yə dünyanın 1500-dən çox hotelində rast gəlmək olar, belə ki, brendin yataq dəstləri və aksesuarları ən prestijli hotel və kurortların seçiminə çevrilib. Eyni keyfiyyət səviyyəsi ən tələbkar müştərilərin şəxsi malikanələri, yaxtaları və təyyarələrində də yüksək dəyərləndirilir.

İndi bu keyfiyyət səviyyəsi Azərbaycanda da əlçatandır. Müştərilər "Yves Delorme"nin Bakıda yerləşən butikindən ideal komplektləri seçə və evdəki rahatlığın bir hissəsinə çevrilən İtaliya keyfiyyətindən həzz ala bilərlər. Qonaqpərvərlik mədəniyyətinin ənənə sayıldığı bir ölkə üçün "Frette"nin gəlişi bu mədəniyyətin interyerdə də məntiqi davamına çevrilir. Hər bir kolleksiya evi rahatlıq və gözəlliyin gündəlik həyatın təbii bir hissəsi olduğu məkana çevirmək üçün fürsətdir.

"Life of Quality" 2025-ci il payız-qış kolleksiyasını Bakı şəhəri, 28 May küç., 26 ünvanında yerləşən "Yves Delorme" butikində əldə etmək mümkündür. Əlaqə nömrəsi: +994 (12) 493-13-34

"Frette" brendini Azərbaycanda onun rəsmi distribütoru – "Italdizain" şirkəti eksklüziv olaraq təmsil edir. "Frette" brendi və onun kolleksiyaları barədə daha çox məlumatı https://italdizain.az/ru/brands/frette veb-saytında tapa bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti