Belarus Azərbaycanla əczaçılıq sahəsində əməkdaşlığa xüsusi diqqət yetirir
- 29 oktyabr, 2025
- 16:49
Belarus Azərbaycanla əczaçılıq sahəsində əməkdaşlığı perspektivli istiqamətlərdən biri hesab edir.
Bu barədə Ağdamda "Report"un əməkdaşının sualını cavablandırarkən Belarus Baş nazirinin müavini Natalya Petkeviç bildirib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıqda bu sahəyə xüsusi diqqət yetirilir.
"Biz indi bu mövzuya xüsusi diqqət ayırırıq. Çünki o, biz üçün yeni mərhələdədir və təmas nöqtələri var", - N.Petkeviç qeyd edib.
O həmçinin vurğulayıb ki, Bakı və Minsk arasında birgə əczaçılıq məhsulllarının istehsalının başlanması üçün nə etmək lazım olduğu barədə anlayış var: "Bir-birimizə bir sıra təkliflərimiz var. Ona görə də biz əczaçılıq preparatlarının və tibbi avadanlıqların birgə istehsalı, eləcə də Azərbaycan səhiyyəsi üçün digər məhsulların istehsalından bəhs etmişdik".