Azərbaycanda istehlak bazarı 8 % kiçilib
Biznes
- 21 noyabr, 2020
- 06:40
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 37,8 milyard manat təşkil edib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % azdır.
Son 1 ildə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı məhsulların və göstərdiyi xidmətlərin dəyəri 7,3 % azalaraq 36,5 milyard manata bərabər olub, onun 50,5 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 379,3 manat və yaxud illik müqayisədə 23 manat az vəsait xərcləyib.
Son xəbərlər
22:41
"CBS News": "USS Higgins" esminesində yanğın baş verib
Digər ölkələr22:23
Video
Türkiyədə qanunsuz mərc oyunlarının təşkilatçılarına qarşı əməliyyat zamanı onlarla şübhəli həbs edilib
Region22:06
Londonda hücumdan sonra Britaniyada terror təhlükəsi səviyyəsi artırılıb
Digər ölkələr21:54
Premyer Liqa: "Neftçi" "Qarabağ"ı məğlub edib, "Sabah" çempionluğunu rəsmiləşdirib
Futbol21:38
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
Region21:25
Hindistanda kater qəzaya uğrayıb, ölənlər var
Digər ölkələr21:15
Nobel Sülh Mükafatına Trampın namizədliyi irəli sürülə bilər
Digər ölkələr21:05
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
Fərdi20:55