Azərbaycanda gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
                            Biznes
                            
                        - 19 sentyabr, 2025
 - 12:24
 
                            
                            
                        Nazirlər Kabineti 28 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlərin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb.
Son xəbərlər
13:29
                "Real"ın üzvləri İngiltərə klubunun sabiq futbolçusunun abidəsini ziyarət ediblər
Futbol13:26
                Azərbaycanın strateji valyuta ehtiyatları 82,5 milyard dollara çatıb
Maliyyə13:22
                Hesablama Palatasının sədri: "Büdcə sənədləşməsinin keyfiyyəti artırılmalıdır"
Maliyyə13:20
                Vüqar Gülməmmədov: "İcmal büdcənin xərclərinin yuxarı həddinə yenidən baxılmalıdır"
Maliyyə13:17
                
                                    Foto                                
                                                    Dövlət Komitəsi jurnalistlər arasında keçirdiyi müsabiqənin qaliblərini mükafatlandırıb
Media13:17
                Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarına 267 milyon dollar investisiya yatırılıb
Biznes13:14
                Sahil Babayev: "Son 5 ildə kənd təsərrüfatı xərcləri 33 %-ə yaxın artıb"
Maliyyə13:09
                Sabah Bakıda və rayonlarda leysan olacaq - PROQNOZ
Ekologiya13:03