"Real"ın üzvləri İngiltərə klubunun sabiq futbolçusunun abidəsini ziyarət ediblər
                            Futbol
                            
                        - 04 noyabr, 2025
 - 13:29
 
                            
                            
                        "Real"ın üzvləri UEFA Çempionlar Liqasının Liqa mərhələsində bu gün keçirəcəkləri "Liverpul"la matçdan öncə İngiltərə klubunun sabiq futbolçusu, avtomobil qəzasında həyatını itirmiş Dioqu Jotanın "Enfild"dəki abidəsini ziyarət ediblər.
"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Real"ın baş məşqçisi Xabi Alonso, direktoru Emilio Butraqenyo, həmçinin müdfiəçilər Din Heysen və vaxtilə Jota ilə birlikdə İngiltərə klubunda çıxış etmiş Trent Aleksander-Arnold "Liverpul"un doğma stadionunda ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
Qeyd edək ki, 28 yaşlı Dioqu Jota və onun 25 yaşlı qardaşı Andre iyulun 3-də İspaniyada avtomobil qəzasında həlak olublar.
Son xəbərlər
17:55
                Azərbaycanlı jurnalistlər Xivədə saray kompleksini ziyarət ediblər
Media17:50
                Əlillik dərəcəsinin verilməsindən "qazanan" vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib
Daxili siyasət17:47
                Azərbaycanda "Safari"nin bazar payı üç ayda 22 % azalıb
İKT17:44
                İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin öhdəlikləri kəskin artıb
Maliyyə17:39
                "Çelsi" ilə matçın biletlərinin "qara bazar"da satılmamasına klub və digər qurumlar nəzarət edir
Futbol17:37
                Azərbaycanda bərpa, tikinti və idarəetmə xidmətlərinə xərcləmələr 2 dəfə azaldılır
Maliyyə17:30
                Binəqədidə çoxmənzilli binadakı yanğın söndürülüb - YENİLƏNİB
Hadisə17:28
                Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutulublar
Hadisə17:27