Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 14 % artıb
Biznes
- 20 aprel, 2026
- 13:12
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektron satınalmaların sayı 783, ümumi məbləği isə 407,1 milyon manat təşkil edib.
"Report" Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,1 % və 13,9 % çoxdur.
"2 ay ərzində açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,9 olub. Bu, sağlam rəqabətin, KOB-ların fəallığının və iqtisadi diversifikasiyanın göstəricisidir. Dövlət satınalmalarının rəqəmsallaşdırılması iqtisadi səmərəliliyi təmin edir, kiçik və orta sahibkarların dövlət sifarişlərinə çıxışını asanlaşdırır və informasiya əlçatanlığını artırmaqla bazarda bərabərliyi təşviq edir", - deyə məlumatda qeyd olunub.
Son xəbərlər
20:47
Bolqarıstan Ukrayna ilə təhlükəsizlik sazişini ləğv edə bilər
Digər ölkələr20:36
AFFA rəhbərliyi FIFA-nın 76-cı Konqresində iştirak edəcək
Futbol20:35
Ermənistanda seçkiqabağı rüşvət verilməsi ilə bağlı daha üç nəfər saxlanılıb
Region20:29
Foto
Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq
İnfrastruktur20:25
Kats İrana qarşı hərbi əməliyyatların bərpa olunmasını mümkün sayır
Digər ölkələr20:22
ABŞ: İranın blokadası çərçivəsində 44 ticarət gəmisi geri qaytarılıb
Digər ölkələr20:20
Foto
Naxçıvanda 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb
Sağlamlıq20:13
Foto
Maliyyə Nazirliyində AYİB ilə əməkdaşlığın perspektivləri müzakirə olunub
Maliyyə20:10