Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 %-dən çox artıb

Biznes
  • 15 noyabr, 2025
  • 11:52
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 11 milyard 867,1 milyon manat olub.

Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,2 % çoxdur.

Hüquqi şəxslər tərəfindən əhaliyə 8 milyard 938,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 %-ini təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında hər bir ölkə sakini orta hesabla 1 158,7 manatlıq və ya 2024-cü ilin eyni dövrüı ilə müqayisədə nominal ifadədə 159,5 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti