Azərbaycanda ictimai iaşə dövriyyəsi 13 %-dən çox artıb

Biznes
  • 15 noyabr, 2025
  • 13:57
Azərbaycanda ictimai iaşə dövriyyəsi 13 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2 milyard 239,3 milyon manat olub.

Bu barədə "Report"a Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 13,2 % çoxdur.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 %-i hüquqi şəxslərin, 48,9 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 % artaraq 1 milyard 135 milyon manat olub.

Son xəbərlər

Bütün Xəbər Lenti