Azərbaycanda dəmiryol hərəkət tərkibinin təhlükəsizliyi üzrə texniki reqlament hazırlanıb

Biznes
  • 15 sentyabr, 2025
  • 12:43
Azərbaycanda dəmiryol hərəkət tərkibinin təhlükəsizliyi üzrə texniki reqlament hazırlanıb

Azərbaycanda "Dəmiryol hərəkət tərkibinin təhlükəsizliyi haqqında" texniki reqlament layihəsi hazırlanıb.

"Report" bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. 

Qeyd olunub ki, ictimai müzakirələr başa çatdıqdan sonra sənəd təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Reqlament təşkilatların şəxsi ehtiyacları üçün nəzərdə tutulan texnoloji dəmiryol nəqliyyatına aid edilmir.

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər isə "Dəmiryol nəqliyyatı haqqında" qanunvericiliklə müəyyən edilir.

Son xəbərlər

Bütün Xəbər Lenti