Qətər və ABŞ Suriyada sabitliyin dəstəklənməsi yollarını müzakirə edib

Digər ölkələr
  • 15 sentyabr, 2025
  • 14:08
Qətər və ABŞ Suriyada sabitliyin dəstəklənməsi yollarını müzakirə edib

Qətər və ABŞ Suriyada sabitliyin dəstəklənməsi üçün əməkdaşlıq yollarını müzakirə edib.

Bu barədə "Report" ərəb mediasına istinadən məlumat verir.

ABŞ-nin Suriya üzrə xüsusi elçisi Tomas Barrak Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Əl-Tani ilə görüş keçirib.

Tərəflər Suriyada son hadisələri nəzərdən keçirib və regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün birgə səylər barədə fikir mübadiləsi aparıblar.

T.Barrak, həmçinin Ərəb-İslam sammitində iştirak edəcək.

Xatırladaq ki, Qətərin paytaxtı Dohada Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərinin növbədənkənar iclası keçirilir. Görüş İsrailin Fələstinin HƏMAS hərəkatının iqamətgahlarından birinə endirdiyi zərbəyə həsr olunub və insidentlə bağlı razılaşdırılmış mövqenin hazırlanması məqsədi daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti