Azərbaycan və Litva ƏDV-ni nağd şəkildə qaytarmaq barədə fikir mübadiləsi aparıb

Biznes
  • 03 oktyabr, 2025
  • 10:30
Azərbaycan və Litva ƏDV-ni nağd şəkildə qaytarmaq barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Litva süni intellekt əsaslı nəzarət mexanizmləri, nəzarət-kassa aparatlarının süni intellekt vasitəsilə izlənilməsi, əlavə dəyər vergisinin (ƏDV) nağd şəkildə qaytarılması mexanizmləri barədə fikir mübadiləsi aparıblar.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumda Litvanın Dövlət Vergi Müfəttişliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüş risklərin təhlili və seçimi sahəsində bilik və təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunub.

Litva Dövlət Vergi Müfəttişliyinin nümayəndələri risklərin təhlili və seçimi sistemi, daxili risk profili və vergi ödəyicilərinin profilləşdirilməsi üzrə təqdimatlar nümayiş etdiriblər. Azərbaycanlı mütəxəssislər isə e-qaimələrin hazırlanması və təqdim olunması prosesi, ƏDV bəyannamələrinin formalaşdırılması, TaxesBI hesabat aləti, müvafiq sahədə real vaxt rejimində vergi nəzarəti, eləcə də Elektron Hökumət İnformasiya Sistemi kimi innovativ həllər barədə təqdimatlarla çıxış ediblər.

Görüş zamanı qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, vergi sahəsində şəffaflığın artırılması, ƏDV inzibatçılığı və süni intellektin vergi idarəçiliyində tətbiqi, vergi ödəyicilərinə xidmətlərin təkmilləşdirilməsi və müasir yanaşmaların tətbiqi imkanları da müzakirə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti