Azərbaycan gimnastı qızıl medal qazanıb - YENİLƏNİB

Fərdi
  • 03 oktyabr, 2025
  • 12:56
Azərbaycan gimnastı qızıl medal qazanıb - YENİLƏNİB

Azərbaycan gimnastı Maqsud Mahsudov III MDB Oyunlarında qızıl medal qazanıb.

"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, 60.190 xal toplayan milli üzvü oğlanların fərdi yarışında bütün rəqiblərini üstələyib.

Belaruslu Ivan Litvinoviç (57.060 xal) ikinci, Qazaxıstanlı Nikita Tumakov (47.240 xal) üçüncü olub.

Qeyd edək ki, batut gimnastikasında fərdi yarışlara bu gün yekun vurulacaq.

Azərbaycan gimnastı Selcan Mahsudova III MDB Oyunları çərçivəsində keçirilən batut gimnastikası üzrə qızların fərdi yarışında bürünc medal qazanıb.

"Report un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, idmançı 56.040 xal toplayıb.

Belarusluı Lana Lebedeva (57.710 xal) qızıl, rusiyalı Anjela Bladçeva (57.660 xal) isə ikinci olub.

Qeyd edək ki, batut gimnastikasında fərdi yarışlara bu gün yekun vurulacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti