Azərbaycan və İsrail iqtisadi münasibətlərin genişləndirilməsini müzakirə edib

Biznes
  • 20 noyabr, 2025
  • 14:36
Azərbaycan və İsrail iqtisadi münasibətlərin genişləndirilməsini müzakirə edib

Azərbaycan və İsrail arasında iqtisadi münasibətlərin genişləndirilməsi, birgə strateji layihələrin iki ölkə və region üçün perspektivləri barədə fikir mübadiləsi aparıb.

"Report"un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"dəki hesabında yazıb.

"İsrail Dövlətinə işgüzar səfərimiz çərçivəsində bu ölkənin xarici işlər naziri Qideon Saar ilə görüşmək xoş oldu. Ölkəmizin əlverişli geoiqtisadi mövqeyini və qlobal ticarətdə artan tranzit potensialını qeyd etdik",- deyə nazir qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti