Azərbaycan Türkiyədən sentyabrda metal idxalına çəkdiyi xərci 26 %-dən çox azaldıb
- 04 oktyabr, 2025
- 15:44

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 101,441 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3 % azdır.
Təkcə sentyabr ayında Türkiyə Azərbaycana 11,227 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 26,5 % azdır.
9 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 6,3 % artaraq 9,867 milyard ABŞ dollarına, sentyabr ayında isə 8,6 % artaraq 1,133 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox qara və əlvan metal idxalı Almaniya 1 milyard 178,758 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,1 % çox), italiya 795,325 milyon ABŞ dolları (+29,2 % çox) və ABŞ 459,367 milyon ABŞ dolları (- 6,4 % az) dəyərində həyata keçirib.