Azərbaycan Türkiyədən havalandırma sistemlərinin idxalına çəkdiyi xərci 1%-ə yaxın azaldıb

Biznes
  • 15 sentyabr, 2025
  • 12:41
Azərbaycan Türkiyədən havalandırma sistemlərinin idxalına çəkdiyi xərci 1%-ə yaxın azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 85,895 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % azdır.

Təkcə avqustda isə Türkiyə Azərbaycana 11,732 milyon ABŞ dollarlıq isitmə, soyutma və havalandırma sistemləriı ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 2,9 % çoxdur.

8 ayda Türkiyənin isitmə, soyutma və havalandırma sistemləri ixracının ümumi dəyəri illik müqayisədə 3,9 % artaraq 4,844 milyard ABŞ dollarına, avqustda isə 5,9 % azalaraq 570 milyon ABŞ dollarına çatıb.

Son xəbərlər

Bütün Xəbər Lenti