Azərbaycan şirkətlərinin Moldovaya investisiya qoyuluşu açıqlanıb

Biznes
  • 24 sentyabr, 2025
  • 15:13
Azərbaycan şirkətlərinin Moldovaya investisiya qoyuluşu açıqlanıb
Natalia Bejan

2023-cü ildə Azərbaycan şirkətlərinin Moldovaya investisiya qoyuluşunda 5 milyon ABŞ dolları olmaqla rekord göstərici qeydə alınıb ki, bu da gələcək inkişaf üçün möhkəm zəmin yaradır.

Bu barədə "Report"a müsahibəsində "Invest Moldova" Agentliyinin direktoru Natalia Bejan bildirib.

O qeyd edib ki, hazırda Moldovada təqribən 100 Azərbaycan kapitallı şirkət qeydiyyatdan keçib: "Bu, kifayət qədər diqqətəlayiq və təşviqedici göstəricidir. Azərbaycanın Moldovaya davamlı şəkildə investisiya yatırması bizim üçün xüsusi əhəmiyyət kəsb edir".

Direktorun sözlərinə görə, Moldovadakı Azərbaycan kapitallı şirkətlər arasında iki nümunə xüsusilə fərqlənir. Birincisi, azərbaycanlı iş adamına məxsus "Bemol" neft şirkətidir ki, bu da ölkə üzrə ən geniş şəbəkəyə malik və tanınmış yanacaqdoldurma məntəqələrindən birini idarə edir. İkincisi isə Moldovanın inkişafında mühüm rol oynayan, tikinti və infrastruktur layihələri ilə məşğul olan "Evrazkol" şirkətidir. Hər iki şirkət yalnız miqyası ilə deyil, eyni zamanda ölkənin milli iqtisadiyyatına göstərdiyi əhəmiyyətli təsirlə də seçilir.

Natalia Bejanla müsahibəni buradan oxuya bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti