Azərbaycan Monqolustana nar tədarük etməyə başlayıb

Biznes
  • 26 dekabr, 2025
  • 17:30
Azərbaycan Monqolustana nar tədarük etməyə başlayıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 20,5 milyon ABŞ dolları dəyərində 21 min 383 ton nar ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 15 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 17,4 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çox) 17 min 502 ton (+9 %), Ukraynaya 1,5 milyon ABŞ dolları dəyərində (+82 %) 1 min 474 ton (+83 %), Gürcüstana 1 milyon ABŞ dolları dəyərində (+39 %) 1 min 684 ton (+35 %), Qazaxıstana 252 min ABŞ dolları dəyərində (+63 %) 370 ton (+69 %), Belarusa 162 min ABŞ dolları dəyərində (+20 %) 162 ton (+7 %) məhsul satıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Monqolustana tədarük (4,3 min ABŞ dolları dəyərində 5,4 ton) həyata keçirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti