İngiltərə Premyer Liqası: "Tottenhem" "Vulverhempton"u məğlub edib
- 26 aprel, 2026
- 01:33
"Tottenhem" İngiltərə Premyer Liqasının XXXIV turunda səfərdə "Vulverhempton"u 1:0 hesabı ilə məğlub edib
"Report"un məlumatına görə, yeganə qolu Joau Palinya 82-ci dəqiqədə vurub.
London klubu İngiltərə Premyer Liqasında 15 oyunluq qalibiyyətsizlik seriyasına son qoyub, komandanın son qələbəsi 28 dekabrda "Kristal Pelas"a (1:0) qarşı oyunda olub.
"Tottenhem" 34 oyundan sonra turnir cədvəlində 34 xalla 18-ci, "Vulverhempton" 17 xalla 20-ci yerdədir.
"Tottenhem" növbəti turda mayın 3-də səfərdə "Aston Villa" ilə qarşılaşacaq, "Vulverhempton" isə bir gün əvvəl "Sanderlend"i qəbul edəcək.
Turnir cədvəlində 18-20-ci yerləri tutan komandalar mövsümün sonunda İngiltərə Premyer Liqasını tərk edəcəklər.
Xatırladaq ki, "Tottenhem" klubunun mövsüm ərzində bir neçə baş məşqçisi olub: əvvəlcə Tomas Frank, sonra isə İqor Tudor. Hazırda isə komandanı Roberto de Zerbi çalışdırır.